Əcnəbilər Azərbaycan banklarına nə qədər pul qoyub?


Bu ayın əvvəlinə olan məlumata görə, xarici ölkə vətəndaşlarının Azərbaycan banklarındakı əmanətlərinin həcmi 1 milyard 364,2 milyon manat olub.
Yeniavaz.com
Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, əmanətlərin 523,3 milyon manatı milli valyutada, 840,9 milyon manatı isə xarici valyutada yerləşdirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə əcnəbilərin banklardakı əmanətlərinin həcmi 4% və ya 51,9 milyon manat artıb. Artım yalnız milli valyutada yerləşdirilən əmanətlər üzrə qeydə alınıb. Belə ki, əcnəbilərin milli valyutada yerləşdirdikləri əmanətlərin həcmi son bir ildə 138,3 milyon manat artıb. Əcnəbilərin xarici valyutada yerləşdirdikləri əmanətlər isə 86,3 milyon manat azalıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top