“Ətin qiymətinin artması qaçılmazdır” – Video


Mal-qaranın əsas qida mənbəyi sayılan quru otun qiyməti əl yandırır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Xəzər xəbər”in hazırladığı reportajda qeyd olunur.
Bildirilib ki, məhsuldarlıq ötən illərlə müqayisədə yüksəkdir. Tovuzdakı satış məntəqələrində satıcılar nisbətən ucuzlaşmanın olduğunu, alıcılar isə bunun əksini deyirlər.
Qeyd olunub ki, Şəki və İsmayıllıda ot qiymətləri 4-6 manat arasında dəyişir.
“Təsərrüfat sahibləri deyirlər ki, hazırkı qiymətlər qış aylarında olanlarla eynidir. Hazırda ot bazarında qiymətlər 2 manatdan başlayır. Daha faydalı yem hesab edilən yonca və vələmirin bir bağlaması isə 4-5 manatdan yuxarıdır”, - reportajda qeyd olunur.
İqtisadçı Xalid Kərimli deyir ki, xərclərin artması yekunda ət qiymətlərinə də təsir edir. O bildirib ki, ətin qiymətinin yenidən artması da qaçılmazdır.
Daha ətraflı:

 

DİGƏR XƏBƏRLƏR

Top