İran İsrailin hücumları ilə bağlı BCM-ə müraciət edir


İran Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) müraciət edərək İsrailin İslam Respublikasının yaşayış məntəqələrinə və dinc sakinlərinə qarşı hücumlarına görə hərbi cinayət ittihamının araşdırılmasını tələb edəcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin ədliyyə nazirinin müavini Məhəmməd Mehdi Qamami IRNA-ya danışıb.
“Sionist rejim (İsrail nəzərdə tutulur – red.) dinc sakinlərə və yaşayış obyektlərinə hücum edərək hərbi cinayət törədib. İslam Respublikası öz vətəndaşlarının hüquqlarını qorumaq üçün Beynəlxalq Cinayət Məhkəməsindən bu hücumları araşdırmasını tələb etməlidir”, – deyə nazir müavini bildirib.
Onun fikrincə, istənilən zorakı addım BMT Nizamnaməsinin və BMT Baş Assambleyasının 3314 saylı “aqressiya” qətnaməsinin pozulmasıdır:
“Generalları, alimləri və əsasən mülki şəxsləri hədəfləyən raket hücumları Vətəndaş və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 6‑cı maddəsinin pozulmasıdır”.
O həmçinin qeyd edib ki, İranın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Nizamnaməsini imzalaması sadəcə nüvə fəaliyyətinin sülh məqsədli monitorinqi demək deyil. ABŞ və İsrailin hücumlarından sonra İran üçün ən vacib prioritet özünü gələcək zərbələrdən müdafiə etməkdir.
Qeyd edək ki, daha əvvəl İranda Səhiyyə Nazirliyi İsrail hücumlarında ən azı 606 iranlının öldürüldüyü barədə məlumat vermişdi.

DİGƏR XƏBƏRLƏR

Top