“İsrail və İranın bir daha bir-birinə hücum edəcəyini düşünmürəm” – Tramp


ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında döyüşlərin yenidən başlamayacağına əmin olduğunu bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dövlət başçısı NATO sammitindən sonra Haaqada keçirilən mətbuat konfransında bildirib.
“12 günlük müharibə idi və biz bunun bitdiyini düşünürük. Onların bir daha bir-birinə hücum edəcəyini düşünmürəm. Mən belə düşünmürəm”, - Tramp deyib.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Tramp daha sonra bildirib ki, İsrail və İran tam atəşkəsə razılaşıblar.

DİGƏR XƏBƏRLƏR

Top