“Kontakt Home”un məhsulu haqqında araşdırma başladı – Yeniavaz.com 4 il əvvəl yazmışdı


Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi rəqəmsal və məişət texnikası, həmçinin mebel və tekstil satışı üzrə Azərbaycanın ən böyük mağazalar şəbəkələrindən “Kontakt Home”un sahibi “ABC-Telecom” MMC barəsində araşdırma aparır.
Yeniavaz.com
Agentlikdən açıqlanan məlumata istinadən xəbər verir ki, “Hoffmann” markalı yağla işləyən elektrik qızdırıcılarının satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlı müraciət daxil olub.
Bildirilir ki, rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edilib və rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.
Məlumat üçün qeyd edək ki, “Kontakt Home” Çin istehsalı olan “Hoffmann” markalı məhsulları uzun illər müştərilərə məşhur Almaniya brendi kimi satıb. Yalnız 15.11.2021-ci il tarixində Yeniavaz.com saytında bu barədə yazı dərc olunduqdan sonra “Kontakt Home” mağazalar şəbəkəsinin rəsmi veb-saytında “Hoffmann” markalı məhsulların təbliğatında istifadə olunan “Almaniya brendi”, “Almaniya istehsalı” kimi ifadələr silinib.
Sözügedən yazını aşağıdakı keçidə daxil olaraq oxuya bilərsiniz:
“Kontakt Home” Çində istehsal olunan məhsulları niyə alman brendi kimi təqdim edir? – Faktlar
Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top