
“Tehran nüvə proqramını bərpa etsə, ABŞ İrana yeni zərbə endirəcək”.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.
İranın nüvə proqramını yenidən bərpa edəcəyi təqdirdə, ABŞ-nin növbəti dəfə İrana zərbə endirib-endirməyəcəyi barədə sualı cavablandırarkən Tramp “Əlbəttə”, - deyə cavab verib.
“Amma mən artıq buna görə, narahat deyiləm. İranın nüvə obyektləri uzun illər üçün məhv edilib və onları bərpa etmək çox çətin olacaq”, - Tramp bildirib.