
Fransann məşhur “Lion” futbol klubu maliyyə hesabatlarının pozulması ilə əlaqədar ölkə çempionatının ikinci divizionuna göndərilib.
Yeniavaz.com xəbır verir ki, bu barədə “L'Equipe” qəzeti məlumat yayıb.
Məlumata görə, keçən ilin avqust ayında çempionatın maliyyə nəzarəti orqanı “Lion”un transferlərdən 100 milyon avro qazanması barədə qərar qəbul edib. Daha sonra klub maliyyə feyr-pleyindəki problemlərə görə komandanın əksər oyunçularını transferə çıxarıb. Ancaq buna baxmayaraq, gözlənilən nəticə əldə olunmayıb.
“Lion” prezidenti Con Tekstor və idman direktoru Mikael Qerlinqerin çərşənbə axşamı Milli Nəzarət və İdarəetmə İdarəsi (DNCG) ilə danışıqları da nəticəsiz qalıb. Belə ki, danışıqlara baxmayaraq, qurum “Lion”un ikinci diviziona düşməsini təsdiq etmək barədə qərar qəbul edib.
Klub rəhbərliyi isə qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.
Qeyd edək ki, Fransa çempionatından sonra “Lion” turnir cədvəlində 6-cı yeri tutub və Avropa Liqasına vəsiqə qazanıb. Yeddiqat Fransa çempionu olan klub həmçinin, beş dəfə Fransa kubokunu qazanıb.