
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçuları və mülki işçiləri təltif edilib.
Yeniavaz.com xəbər verir ki, təltif edilənlərdən biri də müdafiə nazirinin hərbi-texniki təchizat üzrə müavini Aqil Səlim oğlu Qurbanovdur.
O, sərəncamla 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Qeyd edək ki, A. Qurbanov 2023-cü ildə dövlət başçısının növbəti Sərəncamı ilə müdafiə nazirinin müavini - Hərbi-Texniki Təchizat Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.
2023-cü ildən etibarən isə müdafiə nazirinin müavini - Baş direktor vəzifəsindədir.
Ailəlidir. İki övladı var.