“166” bir köçkün ailəsini Qarabağa 930 manata köçürəcək


Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) tərəfindən keçirilən tender müsabiqələrinin nəticəsi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, “Qaçqınkom”un tender müsabiqəsinin qalibi “166 Global Logistics” MMC (VÖEN – 1403530841) olub.
“166 Global Logistics” MMC “Qaçqınkom”un sifarişi ilə Laçın şəhərinə 40, Qubadlı rayonunun Zilanlı kəndinə 193, Qubadlı rayonunun Mahruzlu kəndinə 190, Ağdərə rayonunun Həsənriz kəndinə 98, Tərtər rayonunun Umudlu kəndinə 116, Xocavənd rayonunun Xocavənd kəndinə 50 məcburi köçkün ailəsini köçürəcək.
“Qaçqınkom” ümumilikdə 687 ailənin köçürülməsi üçün “166 Global Logistics” MMC-yə 638 min 875 manat 60 qəpik ödəyəcək.
Rəqəmlərdən də göründüyü kimi, bir məcburi köçkün ailəsinin qeyd olunan rayonlara köçürülməsi xərci orta hesabla 930 manat təşkil edəcək.
Onu da bildirək ki, təxminən 2 ay əvvəl “Qaçqınkom”un keçirdyi daha bir tenderin qalibi  “166 Global Logistics” MMC olub. MMC Ağdamın Xıdırlı kəndinə 719, Ağdam şəhərinə isə 1268 məcburi köçkün ailəsini köçürmək üçün “Qaçqınkom”dan 1 milyon 630 min 223 manat 10 qəpik alıb. Nəticədə, 2 ay əvvəl bir məcburi köçkün ailəsinin Ağdama köçürülməsi xərci 820 manat təşkil edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top