Rəsmi Bakıdan İsrail-İran atəşkəsi ilə bağlı bəyanat


Azərbaycan Xarici İşlər Nazirliyi İsrail və İran arasında atəşkəs elan edilməsini alqışlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun rəsmi saytında bəyanat dərc olunub.
Bildirilib ki, bu inkişaf regionda gərginliyin azaldılması və sabitliyin bərpası istiqamətində mühüm addımdır.
“Azərbaycan atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndirir və daha çox insan itkisinin və iztirabların qarşısını almaq üçün ona tam şəkildə əməl edilməsinə çağırır
Biz regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, - bəyanatda qeyd olunur.

DİGƏR XƏBƏRLƏR

Top