İsrail atəşkəsin pozulduğunu deyir – İran təkzib edir…


İsrail ordusu İrandan yeni raket hücumu qeydə alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, İsrailin bir sıra bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.
Ordunun məlumatına görə, İsrailin şimal hissəsi atəşə tutulub.
Bildirilib ki, İranın yeni atəşi İsrail və İran arasında atəşkəs razılaşmasının elan edilməsindən az sonra baş verib.
İsrailin müdafiə naziri İsrael Katz İranın atəşkəs rejimini pozduğunu açıqlayıb və hərbçilərə Tehrana yeni güclü zərbələr endirməyi əmr edib.
Nazir qeyd edib ki, bu qərar İran tərəfindən daha əvvəl həyata keçirilən raket hücumuna cavab olaraq verilib.
Digər tərəfdən, Tehran atəşkəs elan edildikdən sonra İran ərazisindən İsrailə raket atıldığı iddia edilən xəbərləri təkzib edib.
Bu barədə İranın dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Həmçinin, İran Silahlı Qüvvələrinin Baş Qərargahı da atəşkəs elan edildikdən sonra İsrail ərazisinə raket zərbəsi endirilməsi ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top