
Birləşmiş Ştatlar İranın növbəti və ya iki gün ərzində onun hücumlarına hərbi cavab verəcəyini gözləyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə adı açıqlanmayan iki amerikalı məmura istinadən “Reuters” agentliyi məlumat yayıb.
Bildirilib ki, onların hesablamalarına görə, zərbə Yaxın Şərqdəki Amerika hərbi qüvvələrini hədəfə ala bilər. Bölgədə onların sayının 40 min nəfər olduğu təxmin edilir.
Eyni zamanda agentliyin adının açıqlanmasını istəməyən həmsöhbətləri qeyd ediblər ki, Vaşinqton Tehranın cavab zərbəsi endirmək planlarından əl çəkəcəyi hazırkı vəziyyətin diplomatik yolla həllinə nail olmağa çalışır.
İyunun 22-nə keçən gecə ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Amerika silahlı qüvvələri İranda üç nüvə obyektinə - Fordo, Natanz və İsfahanda uğurla hücum edib. O bildirib ki, Tehran münaqişəyə son qoymağa razı olmalıdır. İyunun 13-dən İsrail hər gün İrana zərbələr endirir.