
İsrailin iyunun 13-də İrana zərbələr endirməyə başlamasından bəri ən azı 44 qadın və 13 uşaq həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Hüseyn Kermanpur “X” sosial şəbəkə səhifəsində bildirib.
“İsrailin İrana qarşı müharibəsi başlayandan indiyədək 163 qadın yaralanıb, 44 qadın dünyasını dəyişib. Həmçinin, dünyasını dəyişənlərdən 13-ü uşaqdır”, - Səhiyyə Nazirliyinin sözçüsü qeyd edib.