
Ötən il Azərbaycanda əhalinin ümumi gəlirləri 83 milyard 93,4 milyon manat olub.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən xəbər verir ki, eyni dövrdə əhalinin ümumi xərcləri 81 milyard 90,2 milyon manat təşkil edib.
Qeyd edək ki, ötən il ərzində əhali əldə etdiyi gəlirlərin 2 milyard 3,2 milyon manatını xərcləməyərək qənaət edib. Qənaət edilən vəsait ümumi gəlirlərin 2,4%-nə bərabər olub.
Müqayisə üçün bildirək ki, 2023-cü ildə bu göstərici 2,2%, 2022-ci ildə isə 3,9% olub.
Elnur Əli