
Tramp administrasiyası İrandan mümkün cavab tədbirlərinə hazırlaşır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Pentaqondakı iki mənbəyə və Ağ Evdəki bir yüksək rütbəli rəsmiyə isinadla “NBC News” telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ növbəti 48 saat xüsusilə ehtiyatlı olacaq.
Mənbələrin bildirdiyinə görə, İranın ABŞ-nin nüvə infrastrukturuna zərbələrinə cavab olaraq xaricdəki, ölkə daxilindəki, yoxsa hər ikisindəki ABŞ hədəflərinə hücum edəcəyi hələ dəqiq deyil.
Digər tərəfdən, Amerikanın xaricdəki hərbi bazaları aylardır yüksək hazırlıq vəziyyətindədir.
Lakin Ağ Evdəki mənbələrin qeyd etdiyi kimi, İsrail iyunun 13-də İrana qarşı hərbi əməliyyata başladıqdan sonra bu hazırlıq vəziyyəti daha da gücləndirilib.
Qeyd edək ki, iyunun 21-dən 22-nə keçən gecə ABŞ ordusu İranın nüvə proqramının üç əsas obyektinə - Fordo, Natanz və İsfahana hücum edib.
ABŞ Prezidenti Donald Tramp bütün nüvə obyektlərinin məhv edildiyini bildirib və Tehranı bir daha danışıqlara çağırıb.
İran hakimiyyəti obyektlərə edilən hücumları təsdiqləyib və xüsusilə Fordonun mümkün zərbələr ərəfəsində boşaldıldığını bildirib.