
Rusiyanın Belqorod vilayətinin vitse-qubernatoru Rüstəm Zaynullin dələduzluq ittihamı ilə saxlanılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən TASS agentliyi məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Zaynullin Belqorod şəhərində hüquq-mühafizə orqanları tərəfindən tutulub. Məhkəmə istintaq orqanlarının təqdimatı əsasında onun barəsində həbs-qətimkan tədbiri seçib.
Hadisənin detalları və dələduzluq işinin konkret məzmunu hələlik ictimaiyyətə açıqlanmayıb. İstintaq davam edir.