Son 24 saatda Qəzzada ən azı 67 fələstinli öldü


İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində son 24 saat ərzində ən azı 70-ə yaxın fələstinli ölüb, 220-dən fələstinli yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında məlumat yayıb.
“Son 24 saat ərzində Qəzza zolağında ölənlərin sayı 67, yaralananların sayı 221 nəfər olub”, - Qəzza Səhiyyə Nazirliyi bildirib.
Səhiyyə Nazirliyinin son məlumatlarına görə, martın 18-dən bəri İsrail Müdafiə Qüvvələrinin əməliyyatları nəticəsində 5 min 400-dən çox fələstinli ölüb, 18 mindən çox fələstinli yaralanıb.
Fələstin-İsrail qarşıdurmasının 2023-cü ilin oktyabrında qızışmasından bu yana qurbanların ümumi sayı 55 706Ş yaralananların sayə isə 130 101 nəfərdir.

DİGƏR XƏBƏRLƏR

Top