Trampın siyasətinə görə 1 milyon qeyri-qanuni immiqrant ABŞ-ni tərk edib


ABŞ Prezidenti Donald Tramp bu ilin əvvəlində qeyri-qanuni immiqrasiyaya qarşı mübarizə aparmağa başlayandan bəri Birləşmiş Ştatlarda təxminən 1 milyon qeyri-qanuni əcnəbi ölkəni tərk edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Müstəqil araşdırma təşkilatı olan Miqrasiya Araşdırmaları Mərkəzi ABŞ Əmək Statistikaları Bürosunun məlumatlarına istinadən məlumat yayıb. 
“Xam məlumatların təhlili göstərir ki, 2025-ci ilin yanvar ayından may ayına qədər işi olan və olmayan xaricilərin ümumi sayı 957 min nəfər azalıb”, - təşkilatın hesabatında deyilir.
İlkin hesablamalara görə, 2025-ci ilin may ayına kimi ABŞ-də 14,8 milyon qeyri-qanuni əcnəbi yaşayır ki, bu da yanvar ayı ilə müqayisədə 1 milyon azalıb. Hesabatda deyilir ki, vətəndaş olmayan şəxslər “Trampın prezident seçkilərində qələbə qazanması və hüquq-mühafizə orqanlarının miqrantları deportasiya etmək üçün səylərini artırması fonunda” ölkəni tərk edirlər.
Tramp dəfələrlə immiqrasiya siyasətinin sərtləşdirilməsinə çağırıb. O, andiçmə mərasimindən dərhal sonra ABŞ-Meksika sərhədində fövqəladə vəziyyət elan edən sərəncam imzalayıb.

DİGƏR XƏBƏRLƏR

Top