
Bu ilin ilk 4 ayı ərzində Azərbaycan xarici ölkələrə 8 milyard 160 milyon kubmetr həcmində təbii qaz satıb.
Yeniavaz.com xəbər verir ki, xaricə satılan təbii qazın ümumi dəyəri 3 milyard 65,6 milyon dollar olub.
Rəqəmlərdən də göründüyü kimi, ixrac olunan təbii qazın 1000 kubmetrinin gömrük dəyəri 376 dollar olub.
Təbii qazı ən baha qiymətə Yunanıstana satmışıq. Bu ölkəyə satılan 1000 kubmetr təbii qazın dəyəri 570 dollar olub. Ən ucuz qiymətə isə Gürcüstana satılıb – 1000 kubmetri 122 dollar.
Azərbaycanın satdığı təbii qazın miqdarı və 1000 kubmetrinin gömrük dəyəri ölkələr üzrə belə olub:
Yunanıstan – 286 562 450 kub metr (570 dollar);
İtaliya – 3 106 567 270 kub metr (531 dollar);
Serbiya – 128 507 960 kub metr (519 dollar);
Bolqarıstan – 452 383 140 kub metr (375 dollar);
Türkiyə – 3 190 672 400 kub metr (281 dollar);
Gürcüstan – 995 336 680 kub metr (122 dollar).
Onu da qeyd edək ki, bu ilin ilk 4 ayında Azərbaycan Türkmənistan və Rusiyadan da təbii qaz alıb. Türkmənistandan 155 milyon 268,6 min kubmetr qaz alınıb və bunun da gömrük dəyəri 23 milyon 290 min dollar olub (1000 kubmetri 150 dollar). Rusiyadan isə 21 milyon 241,8 min kubmetr qaz idxal olunub və bunun da gömrük dəyəri 3 milyon 929,7 min dollar olub (1000 kubmetri 185 dollar).
Elnur Əli