
“İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messinin adı olan köynək bütün MLS (Major League Soccer) futbolçuları arasında ən çox satılan köynək olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə liqanın rəsmi saytında məlumat verilib.
Məlumata görə, reytinq 2025-ci il yanvarın 1-dən mayın 1-dək toplanmış məlumatlar əsasında tərtib edilib.
Reytinqdə ikinci yeri argentinalının komanda yoldaşı uruqvaylı Luis Suares tutub. İlk üçlüyü “Atlanta Yunayted” klubundan paraqvaylı Miqel Almiron tamamlayıb.