İsrail İranda ən azı 1100 hədəfə hücum edib


“Aslan milləti” əməliyyatı başlayandan bəri İsrail hərbçiləri bütün İranda ən azı 1100 müxtəlif hədəfə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) rəsmi nümayəndəsi, briqada generalı Efi Defrin brifinqdə məlumat verib.
“Hazırda biz (IDF - red.) İranda 1100-dən çox müxtəlif hədəfə hücum etmişik”, - IDF-nin rəsmi nümayəndəsi bildirib.
O, IDF-nin plana uyğun olaraq sistemli şəkildə fəaliyyət göstərdiyini və bütün məqsədlərə nail olunana qədər bunu davam etdirəcəyini qeyd edib.
“Biz İranın nüvə təhlükəsinin bütün elementlərini zərərsizləşdirmək üçün sistemli şəkildə işləyirik. Biz həmçinin “Yer-yer” və “Yer-hava” raketləri sahəsində potensiala ciddi ziyan vururuq. İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Tehrandakı bir neçə silah və raket istehsalı obyektinə də zərbələr endirib”, - İsrail ordusunun rəsmi nümayəndəsi davam edib.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramına qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İran cavab hücumuna keçib. Sonrakı günlərdə İsrail və İran yenidən bir-birilərinə zərbələr endiriblər. Hər iki tərəf bu hücumlar nəticəsində itkilər barədə məlumat verib və bir sıra hədəflərin vurulduğunu etiraf edib.

DİGƏR XƏBƏRLƏR

Top