
Bu ilin ilk 4 ayı ərzində Azərbaycana xarici ölkələrdən 908 min 350 dollar dəyərində 270 min 710 kiloqram istifadə olunmuş geyim və digər məmulatlar gətirilib.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 4 ayında istifadə olunmuş geyim və digər məmulatların idxalı 27,7% və ya 103 min 600 kiloqram azalıb.
Məlumat üçün qeyd edək ki, idxal olunan istifadə olunmuş geyim ötən ilin eyni dövrü ilə müqayisədə 8% ucuzlaşıb. Belə ki, idxal olunan istifadə olunmuş geyimin 1 kiloqramının orta gömrük dəyəri ötən ilin ilk 4 ayında 6,2 manat olduğu halda, bu ilin ilk 4 ayında 5,7 manat olub.
Azərbaycana istifadə olunmuş geyimlər ən çox Almaniyadan gətirib. Bu ölkədən Azərbaycana 147 min 300 kiloqram istifadə olunmuş geyim idxal olunub. Ən az geyim isə Fransadan gətirilib. Ötən il ərzində Fransadan cəmi 70 kiloqram istifadə olunmuş geyim gətirilib.
Bu ilin ilk 4 ayı ərzində idxal edilən istifadə olunmuş geyim və digər məmulatların ölkələr üzrə miqdarı və 1 kiloqramının orta gömrük dəyəri (ölkəyə giriş qiyməti) aşağıdakı kimi olub:
Almaniya – 147,3 ton (1 kiloqram 5,61 manat);
Niderland – 84,99 ton (6 manat);
Avstriya – 14,38 ton (5,58 manat);
Rusiya – 7,82 ton (3,77 manat);
Böyük Britaniya – 4,77 ton (5,68 manat);
Türkiyə – 4,18 ton (3,81 manat);
Çin – 2,01 ton (3,69 manat);
Gürcüstan – 1,23 ton (4,06 manat);
Bolqarıstan – 0,78 ton (4,86 manat);
Belçika – 0,71 ton (6,09 manat);
Amerika Birləşmiş Ştatları – 0,66 ton (7,4 manat);
Estoniya – 0,66 ton (2,89 manat);
Birləşmiş Ərəb Əmirlikləri – 0,5 ton (4,25 manat);
Malayziya – 0,28 ton (19,86 manat);
Misir – 0,18 ton (16,25 manat);
İndoneziya – 0,11 ton (24,57 manat);
İtaliya – 0,08 ton (29,1 manat);
Fransa – 0,07 ton (13,36 manat).
Elnur Əli