Azərbaycana qiyməti 586 manat olan tibbi maska gətirilib


Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana xaricdən 51 min 202 ədəd tibbi maska gətirilib.
Yeniavaz.com
xəbər verir ki, tibbi maskaların 51 min 200 ədədi Çindən, 2 ədədi isə Almaniyadan idxal edilib.
Qeyd edək ki, Çindən idxal edilən tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 2,6 qəpik, Almaniyadan idxal edilən tibbi maskanın bir ədədinin orta gömrük dəyəri isə 586 manat olub. Bir ədədinin orta gömrük dəyəri 586 manat olan tibbi maskanın hansı materialdan hazılandığı və kim tərəfindən ölkəyə gətirildiyi barədə məlumat mövcud deyil.
Məlumat üçün bildirək ki, bu ilin ilk 4 ayında Azərbaycanda 900 min ədəd tibbi maska istehsal edilib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top