Yaxın Şərq münaqişəsi 150-dən çox aviaşirkətə təsir etdi


150-dən çox aviaşirkət Yaxın Şərqdə vəziyyətin gərginləşməsi və hava məkanının bağlanması ilə əlaqədar marşrutunu dəyişmək və ya uçuşlarınə ləğv etmək məcburiyyətində qalıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.  
Avropa aviadaşıyıcılarından birinə yaxın mənbənin nəşrə verdiyi məlumata görə, indi şirkətlər “kiçik dəhlizdə” uçmağa məcbur qalıblar.
Qəzet həmçinin qeyd edib ki, İsrailin İrana hücumundan sonra iri aviaşirkətlərin səhmlərinin qiymətləri aşağı düşüb. Bu münaqiçədən ən çox zərər çəkən isə Avropanın daşıyıcıları olub.
Qəzet “Flightradar24” xidmətinə istinadla xəbər verir ki, son eskalasiyadan sonra Yaxın Şərqdə 3000-dən çox reys ləğv edilib.
Təyyarələr İran, İraq və Suriyanın hava məkanından yayınaraq, Misir və Səudiyyə Ərəbistanı üzərindən uçur.
FT qeyd edir ki, marşrutun dəyişdirilməsi daha yüksək yanacaq xərclərinə və daha uzun uçuş vaxtlarına, həmçinin cədvəlin pozulmasına gətirib çıxarır.
Bundan əlavə, qəzet yazır ki, Brent markalı neftin qiyməti kəskinləşmə fonunda bahalaşıb ki, bu da yanacağın bahalaşmasına səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top