
İsrailin iyunun 13-dən İrana endirdiyi zərbələr nəticəsində azı 120 qadın və uşaq yaralanıb.
Yeniavaz.com ISNA agentliyinə istinadla xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani məlumat verib.
“Yaralanan qadın və uşaqların sayı 120-yə çatıb”, - İran hökumətinin rəsmi nümayəndəsi bildirib.