
Bu ayın əvvəlinə olan məlumata görə, işğaldan azad edilən ərazilərin bərpa olunan yaşayış məntəqələrinə 14 min 843 nəfərdən ibarət 3 min 721 ailənin qayıdışı təmin edilib.
Yeniavaz.com xəbər verir ki, azad edilən ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 32 min 216 nəfər təşkil edib.
Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1 150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilən ərazilərdə məskunlaşan əhalinin ümumi sayı 48 min 209 nəfər olub.
Müqayisə üçün bildirək ki, son bir ay – may ayı ərzində işğaldan azad edilən ərazilərə 257 ailə (1 098 nəfər) köçürülüb. Azad edilən ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 3 min 967 nəfər artıb.
Elnur Əli