İranda yüksək vəzifəli məmurlara qadağa


İranın Kibertəhlükəsizlik İdarəsi bütün yüksək vəzifəli məmurlara və təhlükəsizlik xidmətlərinə ictimai şəbəkələrə qoşulmuş rabitə cihazlarından istifadə etməyi qadağan edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Bildirilir ki, qadağa hökumət portallarına edilməsi nəzərdə tutulan kiberhücumların qarşısının alınması, eləcə də qarşı tərəfin kəşfiyyat xarakterli məlumatları əldə etməsinə mane olmaq məqsədi daşıyır.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə proqramını hədəf alan “Aslan milləti” əməliyyatına başlayıb. 24 saat keçməmiş Tehran cavab hücumuna keçib. İsrail və İran növbəti günlərdə yenidən bir-birlərinin ərazilərinə zərbələr endirib. Hər iki tərəf hücumlar zamanı itki və ya itkilər barədə məlumat verib.

DİGƏR XƏBƏRLƏR

Top