Özəl sektordakı işçilərin ¼-i pərakəndə satış sahəsində işləyir


Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda qeyri-dövlət (özəl) sektorunda 894 min 796 nəfər muzdlu (əmək müqaviləsilə) işçi olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, özəl sektotorda çalışan işçilərin 35,6%-i və ya 318 min 687 nəfəri topdan və pərakəndə satış sahəsində işləyib.
Bu işçilərin 235 min 46 nəfəri (26,3%-i) pərakəndə, 83 min 641 nəfəri (9,3%-i) isə topdan satış sahələrində çalışıb.
Məlumat üçün bildirək ki, Azərbaycanda özəl sektorda 20 mindən çox işçinin işlədiyi cəmi 9 iqtisadi fəaliyyət sahəsi olub. Bu sahələrdə çalışan işçilərin sayı 569 min 10 nəfər olub ki, bu da, özəl sektorda çalışan ümumi işçilərin 63,6%-nə bərabərdir.
Azərbaycanda özəl sektorda 20 mindən çox işçinin işlədiyi sahələri təqdim edirik:

Pərakəndə satış – 235 046 nəfər;
Topdan satış – 83 641 nəfər;
Binaların tikintisi – 52 103 nəfər;
İçki və yeməklərin satışı ilə əlaqədar xidmətləri – 49 836 nəfər;
Qida məhsullarının istehsalı – 34 690 nəfər;
Bitkiçilik və heyvandarlıq – 33 085 nəfər;
İxtisaslaşdırılmış tikinti işləri – 28 920 nəfər;
Maliyyə (bank) fəaliyyəti – 28  655 nəfər;
Səhiyyə sahəsində fəaliyyət – 28 034 nəfər.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top