“Liverpul” Nunyesi satmaq istəyir


İngiltərənin “Liverpul” klubu əsas forvardı Darvin Nunyesi 60 milyon avroya satmağa hazırdır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Corriere dello Sport” qəzeti məlumat yayıb.
Məlumata görə, futbolçunun transferində İtaliyanın “Napoli” və “Milan” klubları maraqlıdır. Belə ki, “Napoli”nin idman direktoru Covanni Manna artıq uzun müddətdir ki, Nunyeslə bağlı vəziyyəti izləyir.
Qeyd edək ki, ötən mövsüm Nunyes “Liverpul”un heyətində 47 oyun keçirib, 7 qol vurub və 7 məhsuldar ötürmə edib.

DİGƏR XƏBƏRLƏR

Top