İranda “Mossad”ın pilotsuz təyyarələr istehsal edən emalatxanası tapıldı


İran polisi Tehranın ətrafında Rey şəhərində İsrail kəşfiyyat agentliyi “Mossad”ın İran ərazisinə hücumlar üçün pilotsuz təyyarələr, qumbaralar və partlayıcılar hazırlayan emalatxanasını aşkar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə şəhərin təhlükəsizlik qüvvələrinin komandanı polkovnik Hüseyn Mafi bildirib.
Mafinin sözlərinə görə, emalatxanada 200 kiloqramdan çox partlayıcı maddə, kamikadze pilotsuz uçan aparatların hazırlanması üçün çoxlu avadanlıq, əldəqayırma bombalar və tam yığılmış bir dron tapılıb.
Əməliyyatda kəşfiyyat və polis orqanları birgə iştirak edib.

DİGƏR XƏBƏRLƏR

Top