On minlərlə insan bu təyyarənin uçuşunu canlı izləyib


İsrail və İran arasında artan gərginlik səbəbindən Yaxın Şərq ölkələri – İran, İsrail, İraq, Suriya və İordaniya hava məkanlarını mülki uçuşlar üçün bağlayarkən, İranın “Mahan Air” aviaşirkətinə məxsus IRM050 reysi qeyri-adi şəkildə Banqkokdan Tehrana doğru uçuş həyata keçirib.
Yeniavaz.com
xəbər verir ki, boş hava məkanında təkbaşına hərəkət edən bu təyyarə “FlightRadar24” və “FlightAware” izləmə platformalarında on minlərlə insan tərəfindən canlı izlənilib. Uçuş zamanı təyyarənin zaman-zaman radar sistemlərindən itməsi sosial mediada gərgin anlara səbəb olub. Təyyarə səhər saatlarında uğurla Tehrana enib.

DİGƏR XƏBƏRLƏR

Top