Tramp Putin ilə danışıb – İsrail və İran arasında vasitəçi olmaq istəyirlər


ABŞ Prezidenti Donald Tramp İsrail və İran arasında davam edən gərginliklə bağlı açıqlama verib.
Yeniavaz.com
xəbər verir ki, o, “ABC News” telekanalına müsahibəsində Vaşinqtonun bu münaqişəyə müdaxilə edə biləcəyini deyib.
Tramp həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar hal-hazırda münaqişədə iştirak etmir, lakin prosesləri yaxından izləyir. Onun sözlərinə görə, vəziyyətin gərginliyi fonunda vasitəçilik təşəbbüsləri də aktuallaşır.
Tramp bu kontekstdə Rusiya Prezidenti Vladimir Putinlə arasında bu barədə konkret danışıq olduğunu da açıqlayıb.
“O, hazırdır. Bu barədə mənə zəng etdi. Uzun və ciddi söhbətimiz oldu”, – deyə Tramp bildirib və Putinin vasitəçi roluna açıq olduğunu əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top