İcra Hakimiyyəti 22 km-lik yolun işıqlandırılması layihəsinə 131 min xərcləyəcək


Culfa Rayon İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “House Project” MMC (VÖEN 1405514651) olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumata istinadən xəbər verir ki, tender müsabiqəsi Culfa şəhərində 22 kilometr məsafədə şəhərdaxili yolların işıqlandırılmasının layihələndirilməsi ilə bağlıdır.
22 kilometr məsafədə şəhərdaxili yolların işıqlandırılmasının layihələndirilməsi üçün İcra Hakimiyyəti “House Project” MMC-yə 131 min 357 manat 60 qəpik vəsait ödəyəcək.
Qeyd edək ki, tenderin qalibi olan “House Project” MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı “Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani ev 198, m. 313. M5”də yerləşir. Şirkətin qanuni təmsilçisi Ağayeva Nərgiz Qəzənfər qızıdır.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top