İsrailin İranda keçirdiyi əməliyyat necə belə dəqiq alınıb? – Detallar açıqlandı


İsrailin təhlükəsizlik mənbəsi İsrail ordusu, “Mossad” və İsrailin müdafiə sənayesinin qeyri-adi birgə səyi ilə İranda bir gecədə həyata keçirilən əməliyyatın konturlarını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Məlumata görə, İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatı planlaşdırmaq üçün uzun illər gizli əməliyyat kampaniyası aparılıb.
Əhəmiyyətli kəşfiyyat məlumatları toplanıb və İranın yüksək səviyyəli təhlükəsizlik rəsmiləri və nüvə alimlərinin yerinin müəyyən edilməsi üçün gizli müşahidələr aparılıb.
“Mossad” İranda İranın strateji raket kompleksini və hava hücumundan müdafiə imkanlarını məhv etmək məqsədi daşıyan bir sıra gizli əməliyyatlar həyata keçirib.
Mossad agentləri əməliyyatların bir hissəsi olaraq xüsusi silahların geniş miqyasda tətbiqi, onları İranın hər yerində yerləşdirmək və dəqiq və effektiv şəkildə hücum hədəflərinə endirmək üçün mühüm addımlar atıblar.
Bunlara üç fərqli əməliyyat daxildir:
- Birincisi, İranın mərkəzində “Mossad” komando dəstələri İranın “Yer-hava” raketləri obyektlərinin yaxınlığındakı açıq ərazilərdə dəqiq idarə olunan silah sistemlərini yerləşdirmək üçün fəaliyyət göstəriblər. İsrailin hücumunun başlaması ilə İran ərazisində hava qüvvələrinin hücumlarına paralel olaraq sistemlər işə salınıb və böyük dəqiqliklə birbaşa hədəflərə dəqiq raketlər atılıb.  
- İsrail qırıcılarını təhdid edən İranın hava hücumundan müdafiə imkanlarını pozmaq üçün başqa bir əməliyyat kampaniyasında “Mossad” gizli əməliyyatlarda nəqliyyat vasitələrinə mürəkkəb hücum sistemləri və texnologiyaları quraşdırıb. Qəfil hücumun başlaması ilə silahlar işə salınıb və hücum hədəfləri - İranın müdafiə sistemləri tamamilə məhv edilib.
- Üçüncü əməliyyatda “Mossad” agentləri hücumdan çox-çox əvvəl İranın mərkəzində kamikadze pilotsuz uçuş aparatları (PUA) bazası yaradıb. İsrailin hücumu zamanı bu PUA-lar işə salınaraq, Tehran yaxınlığındakı Əsfahabad aviabazasında yerləşən və strateji hədəflər və İsrailin mülki əhalisi üçün təhlükə yaradan “Yer-yer” tipli raket buraxılış sistemlərini zərərsizləşdirmək üçün buraxılıb.

DİGƏR XƏBƏRLƏR

Top