
İngiltərənin “Tottenhem” klubu Tomas Frankın London komandasının baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə klub rəsmi saytında məlumat yayıb.
Məlumata görə, 51 yaşlı mütəxəssislə müqavilə 2028-ci ilə qədər qüvvədə olacaq.
“Tomas Frankın simasında biz klubumuza futbolda ən mütərəqqi və yenilikçi baş məşqçilərdən birini təyin edirik. O, oyunçuların və komandaların inkişafında uğurlu təcrübəyə malikdir. Biz onun növbəti mövsümdə komandaya rəhbərlik etməsini səbirsizliklə gözləyirik”, - klub açıqlamasında bildirib.
Qeyd edək ki, bundan əvvəl mətbuatda “Brentford”un Frankın təxminən 12 milyon avroya “Tottenhem”ə keçməsinə razı olduğu barədə məlumatlar yayılmışdı.
Danimarkalı mütəxəssis 2018-ci ilin oktyabrından bu kluba rəhbərlik edir.
Premyer Liqanın son mövsümünün yekununda “Tottenhem” 17-ci, “Brentford” isə 10-cu yeri tutub.