
Kaliforniyanın Şimal Dairəsi məhkəməsi ABŞ Prezidenti Donald Trampa Los-Ancelesdəki iğtişaşlarla mübarizə üçün Milli Qvardiyanın yerləşdirilməsini müvəqqəti olaraq qadağan edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat elektron məhkəmə bazasında dərc olunan sənəddə öz əksini tapıb.
Tramp administrasiyası hökmdən apellyasiya şikayəti verib.
Qeyd edək ki, iyunun 6-da Los-Ancelesdə qeyri-qanuni mühacirlərin kütləvi saxlanmasına başlanılıb. İyunun 7-də axşam saatlarında ən azı 44 nəfər miqrasiya qanunlarını pozmaqda ittiham edilərək saxlanılıb.
Hüquq-mühafizə orqanlarının hərəkətlərinə cavab olaraq şəhərdə iğtişaşlara çevrilən nümayişlər başlayıb.
Tramp iğtişaşları yatırmaq üçün Milli Qvardiyanın Los-Ancelesə göndərilməsini əmr edib.
Daha sonra Kaliforniya qubernatoru Qevin Nyusom Ağ Ev rəhbəri Donald Trampı və Pentaqon rəhbəri Pete Heqsetə qarşı iddia qaldırıb.