
İran nüvə obyektinə edilən zərbələrə cavab olaraq İsrailə 100-dən çox pilotsuz uçan aparat atıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri (IDF) onların İsrailə nə vaxt çatacaqlarını dəqiqləşdirməyib, lakin 2025-ci ilin aprelində belə dronlara bir neçə saat lazım olub”, - qəzet yazır.
Xatırladaq ki, bu gecə İsrail İranın nüvə obyektlərinə və yüksək rütbəli hərbçilərinə qarşı əməliyyat keçirib.