Lennonun Makkartninin xoruldamasından şikayət edən məktubu hərraca çıxarılacaq


Con Lennonun gələcək həyat yoldaşı Sintiya Lennona yazdığı sevgi məktubu Londondakı “Christie's” hərracına çıxarılır.
Yeniavaz.com
xəbər verir ki, dörd səhifəlik əlyazma məktubu 1962-ci ilin aprelinə aiddir.
21 yaşlı Lennon bunu bir neçə gecə Hamburqdan fasilələrlə yazıb, burada hələ dünya miqyasında şöhrət qazanmamış “The Beatles” “Star-Club”da gündəlik bir sıra konsertlər verirdi.
Sintiyaya etiraflarından əlavə, burada Lennonun yaxın dostu, sənətçi və “The Beatles” qrupunun ilk basçısı Stüart Sutkliffin adı çəkilir, o, 1962-ci il aprelin 10-da Hamburqda beyin qanamasından 21 yaşında dünyasını dəyişib.
Məktubda Lennon “The Beatles” qrupunun digər üzvü Pol Makkartnidən də şikayətlənir:
“Paul başıma tullanır (o çarpayının üst mərtəbəsində yatıb xoruldayırdı)... Sus Makkartni!”.
Hərrac iyulun 9-da baş tutacaq. Hərracın təşkilatçıları Lennonun məktubu üçün 30-40 min funt sterlinq almağı gözləyirlər. Həmin gün satışa çıxarılacaq digər lotlar arasında orta əsr əlyazmaları, Bethoven, Vaqner, Eynşteyn, Freyd, Tolkien və başqalarının avtoqrafları da var.

DİGƏR XƏBƏRLƏR

Top