
Pentaqon Müdafiə Nazirliyinin ABŞ Konqresinə müraciətinə uyğun olaraq, istehsalçı “Lockheed Martin” şirkətindən Hərbi Hava Qüvvələri üçün alınan F-35 qırıcılarının sayını iki dəfə azaltmaq qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik bu qərarı müdafiə naziri Pit Heqsetin növbəti beş il ərzində ABŞ-nin proqnozlaşdırılan hərbi xərclərini 8% azaltmaq planına uyğun olaraq departamentin 2026-cı maliyyə ili üçün büdcəyə yenidən baxması ilə əlaqələndirir.
Əvvəllər xəbər verildiyi kimi, Pentaqonun rəhbəri, xüsusən, aktiv orduda və Milli Qvardiyada 120-dən çox yüksək rütbəli zabit vəzifəsini, o cümlədən doqquz yüksək hərbi rütbəni ixtisar etmək niyyətindədir.