BDU-nun “Məzun Günü” ilə bağlı xərcləri artdı – Bu il 159 min xərclənəcək


Bakı Dövlət Universiteti (BDU) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
xəbər verir ki, BDU tərəfindən 2024/2025-ci tədris ili üzrə “Məzun Günü” tədbirinin təşkili və keçirilməsi ilə bağlı müsabiqənin qalibi “Admedia.az” MMC (VÖEN - 2002644161) olub.
Qeyd edək ki, BDU tenderin qalibi olan şirkətə 158 min 627 manat 40 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Admedia.az” MMC 21 may 2013-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Əbdüləzəl Dəmirçizadə, ev 2G ünvanında yerləşir. Şirkətin qanuni təmsliçisi Məmmədov Emin Əjdər oğlu, icraçı direktoru isə Sabit Məmmədovdur.
Onu da bildirək ki, BDU-nun bir il əvvəl – 2023/2024-cü tədris ili üzrə “Məzun Günü” tədbirinin təşkili və keçirilməsi ilə bağlı tender müsabiqəsininin qalibi də “Admedia.az” MMC olub. BDU ötən il bu şirkətə 146 min 662 manat 20 qəpik ödəyib.
Açıqlanan məlumatlardan da göründüyü kimi, BDU-nun “Məzun Günü” tədbiri ilə bağlı xərcləri son bir ildə 12 min manata yaxın artıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top