ABŞ-də polis jurnalisti rezin güllə ilə vurdu – Video


Los-Ancelesdəki hadisələr barədə reportaj hazırlayan avstraliyalı müxbir, “Kanal 9”un əməkdaşı Lauren Tomasi rezin güllə ilə ayağından vurulub.
Yeniavaz.com
xəbər verir ki, həmin anları kanalın operatoru anbaan lentə alıb.
Kadrlarda hüquq-mühafizə orqanı əməkdaşının jurnalistlərə tərəf dönərək atəş açdığını görmək olar.
Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, ABŞ-nin Kaliforniya ştatında immiqrasiya reydlərinə qarşı etirazlar dörd gündür davam edir.

DİGƏR XƏBƏRLƏR

Top