
Bu ilin ilk rübü ərzində Azərbaycanda 23 min 386 yeni iş yeri açılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ilin ilk rübü ərzində yeni açılan iş yerlərinin 74,5%-i və ya 17 min 394-ü Bakı şəhərinin payına düşüb.
Məlumat üçün bildirək ki, Azərbaycanın 4 rayonunda – Babək, Sədərək, Zaqatala və Şabran rayonlarının hər birində cəmi 1 yeni iş yeri açılıb. Zəngilan rayonunda isə yeni açılan iş yerlərinin sayı 2 olub.
Onu da qeyd edək ki, bu ilin ilk 3 ayında 5 rayonda – Culfa, Kəngərli, Ordubad, Şahbuz və Ağdərə rayonlarında yeni iş yeri açılmayıb.
Elnur Əli