
İxraca nəzarət ABŞ-Çin nazirlərinin ikitərəfli ticarətə dair görüşünün əsas mövzusu olacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) nəşri məlumat yayıb.
Məlumata görə, görüşün iyunun 9-da Londonda keçirilməsi planlaşdırılır.
Nəşrin məlumatına görə, son həftələrdə ABŞ və Çin arasında ticarət müharibəsinin diqqəti tariflərdən ixrac məhdudiyyətlərinə keçib.
Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Çin sədri Si Cinpinlə telefon danışığı apardığını açıqlayıb və yalnız ticarət məsələlərinin müzakirə edildiyini qeyd edib.
Amerika lideri vurğulayıb ki, danışıqlar zamanı liderlər Rusiya, Ukrayna və İranla bağlı heç nə müzakirə etməyiblər.