Beş ildə vətəndaşlara qaytarılan ƏDV məbləği açıqlandı


Beş il ərzində vətəndaşlara geri qaytarılan ƏDV-in məbləği açıqlanıb.
Yeniavaz.com
“Trend”ə istinadla xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu günədək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 2 milyarddan çox kassa çeki üzrə 768.5 milyon manat ƏDV məbləği qaytarılıb.
“Təkcə bu il hər ay ödənilmiş ƏDV-nin 15 milyon manatı vətəndaşlara geri verilib. Vergi Məcəlləsinə edilmiş son dəyişikliyə əsasən iyulun 1-dən teatr tamaşaları, film nümayişi, muzey ziyarəti, simfonik konsert sahəsində göstərilən xidmətlərə görə də nağdsız qaydada ödənilmiş ƏDV-nin 50%-i vətəndaşlara geri qaytarılacaq”, - deyə məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top