
Sumqayıtda su və kanalizasiya xətlərinin təmiri sakinlər üçün problem yaradır.
Yeniavaz.com “Xəzər TV”yə istinadla xəbər verir ki, belə təmir işlərindən biri də Sumqayıtda, Pərviz Hüseynov küçəsində aparılır.
Ancaq hazırda təmir işləri yarımçıq saxlanılıb, qazıntı aparılan yerlər açıq halda qalmaqda davam edir. Sakinlər isə işlərin tamamlanmamasından narazıdırlar.
Sumqayıt Su Kanal İdarəsindən “Xəzər TV”yə bildirilib ki, Pərviz Hüseynov küçəsində təmir-bərpa işləri podraçı təşkilat tərəfindən həyata keçirilir. Podraçı təşkilatın sahə rəisi Bayram Muradov isə bildirib ki, sözügedən ünvanda layihə əsasında dəmir beton konstruksiyalı xətt çəkilir: “Cəmi 100 metr məsaəfdə material çatışmazlığı yaşanır. Artıq tikinti materillarının alınması üçün sifariş verilib. Bu ayın 15-dən sonra problem öz həllini tapacaq. Bununla da sakinlərin haqlı şikayəti tam aradan qaldırılacaq”.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda…