
İtaliyanın “Roma” futbol klubu emblemində dəyişiklik edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, əvvəlki emblemdən klubun adı və yaranma tarixi - 1927 silinib.
Romalıların yenilənmiş enblemi klubun iyulun 22-də qeyd olunacaq 98-ci ildönümünə həsr olunub.
2027-ci ildə “Roma”nın 100 yaşı tamam olacaq.
Qeyd edək ki, əvvəlki emblem 2016-cı ildə qəbul olunmuşdu.