Bu gün Portuqaliya və İspaniya UEFA Millətlər Liqası finalında üz-üzə gəlir


Bu gün UEFA Millətlər Liqasında üçüncü yer və qızıl medal uğrunda oyunların qalibləri müəyyənləşəcək.
Yeniavaz.com
xəbər verir ki, üçüncü yerin sahibi Almaniya ilə Fransa arasında keçiriləcək görüşdən sonra bəlli olacaq.
Günün ən vacib qarşılaşmasında Portuqaliya və İspaniya yığmaları qızıl medal uğrunda qarşılaşacaqlar.
Xatırladaq ki, Almaniya - Fransa matçı Bakı vaxtı ilə saat 17:00-da, Portuqaliya - İspaniya oyunu isə saat 23:00-da başlayacaq.

8 iyun – UEFA Millətlər Liqası
Üçüncü yer uğrunda oyun:
17:00 – Almaniya - Fransa
Final oyunu:
23:00 – Portuqaliya - İspaniya

DİGƏR XƏBƏRLƏR

Top