“İsrail Qəzzada beynəlxalq mətbuatı bloklayır” – UNRWA rəhbəri


“İsrail hakimiyyəti blokadada olan Qəzza zolağına əcnəbi jurnalistlərin girişini qadağan etməklə, bölgədə baş verənlərlə bağlı obyektiv məlumatların yayılmasının qarşısını almağa çalışır”.
Yeniavaz.com
xəbər verir ki, bunu BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) baş komissarı Filip Lazzarini deyib.
Onun sözlərinə görə, 2023-cü il oktyabrın 7-də İsrailin hərbi kampaniyası başlayandan beynəlxalq media nümayəndələri Qəzzaya buraxılmayıb. O, belə bir məhdudiyyətin müasir tarixdə görünmədiyini vurğulayıb.
“Belə bir qadağa dezinformasiyaya töhfə verir, qütbləşməni artırır və humanitar səylərə zərbə vurur. Dünya nə baş verdiyini görməlidir”, - Lazzarini deyib.
O, İsrail tərəfini beynəlxalq jurnalistlərin iş azadlığını təmin etməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top