
“Mançester Yunayted”in ümumi borcu 700 milyon funt-sterlinq civarındadır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.
Bildirilib ki, klub əməkhaqqı fondunu 20 milyon funt-sterlinq azaldıb, 250 işçi işini itirib.
“Daha 200 iş yerinin ixtisar ediləcəyi gözlənilir. Klub bu ilin birinci rübündə maaşlara 71,2 milyon funt-sterlinq xərcləyib. Xalis mənfəət 700 min funt sterlinq olub. Keçən ilin ilk rübündə klub 66,2 milyon funt-sterlinq zərər etmişdi. Klubun illik gəliri hazırda 660-670 milyon funt-sterlinqdir”, - nəşr yazır.
Qeyd olunub ki, ixtisarlar sayəsində klub bu yay maliyyə feirpley qaydalarını pozmadan transferlər edə biləcək.