“İlon haqqında düşünmürəm, yazıq oğlan, onun problemləri var”


ABŞ Prezidenti Donald Tramp İlon Mask haqqında düşünmədiyini və yaxın gələcəkdə onunla danışmağı planlamadığını bildirib.
Yeniavaz.com
xəbər verir ki, o bunu CNN telekanalına müsahibəsi zamanı bildirib.
“İlon haqqında heç düşünmürəm. Onun problemləri var. Yazıq oğlan, onun problemləri var”, - deyə ABŞ prezidenti bildirib.
Mask ilə danışıb-danışmadığını soruşduqda o, belə cavab verib:
“Xeyr. Onunla bir müddət danışacağımı düşünmürəm, amma ona ən yaxşısını arzulayıram”.

DİGƏR XƏBƏRLƏR

Top